24 июл 2019
Mən hərdən insanı təbiyyət hadisələrinə, fəsillərə bənzədirəm .İnsanın həyatında baş verən hadisələr belə təbiyyətdə baş verən hadisələr kimi rəngarəngdi. Bax əziz dostum sənidə bir küləyə bənzətdim .Mənim həyatımda əsən bir küləyə. Əvvəllcə yayda əsən həzin bir meh oldun başladın əsməyə. Sonra yavaş-yavaş gücləndin oldun bir payız küləyi. Və mən o an səni dayandırmağa qərar verdim.. Çünkü dayanmalı idin yoxsa daha tufan,qasırğalar törədə bilərdin həyatımda. Sən mənim hər kəsdən özümdən belə bəzən gizlətdiyim qəfil küləyim idin. Sənin yaratdığın həzin,ürkək mehin biləsən neler yaratdı qelbimde.?! Sen ilk önce təsadüfən gəldin mənasız saydığım həyatma .Əvvəllər fikir vermədim.. Güldüm keçdim . Amma özümdə bilmədən gözlərim axtardı səni həmişə .. Sonra maraqlı gəldin. Ona görə ki, toz basmış xəyyallarımın,toz basmış arzularımın tozunu sən təmizlədin. Sanki gözlərimən sildin kədəri, bu küsdüyüm həyatı mənə yendən sevdirdin. Bu küskün qəlbimdə ümüd işığı yandırdın.
💖 🌜ÂÿŁįÑ ÅÿÛżŁū 🌛 💖
4:42