24 июл 2019
- (xoşbəxtlik haqqda düşüncələrim) Kimə baxsan xoşbəxtlik axtarışındadı. Bəs nədir bu xoşbəxtlik? Hardadı? Necə bir şeydi? Baxın insanın sağlığında problem olanda, canı ağrayanda ətrafdakı sağlam adamlara baxıb düşünür ki necə də xoşbəxtdilər. Bir müddət sonra sağalır artıq xoşbəxtlik onun üçün formasını dəyişir. Özünü tək hiss edəndə ona elə gəlir ki xoşbəxtlik həyatını paylaşa biləcəyin birinin olmasıdı sevgidir yəni. Oda həyata keçir görür buda deyil əslində. Atası yanında olan biri məsələn özünü xoşbəxt hiss etmir atasını itirdikdə isə atası sağ olanların xoşbəxt olduğunu düşünür. Belə çıxır ki xoşbəxtlik nəyə ehtiyacımız varsa odur. Yəni əslində mövcud deyil. Ağrıyanda ağrımamağdı, yorulanda gücdü, tək olanda sevgidi, kasıb olanda puldu və s. İnsan bir ömür xoşbəxtlik axtarır, axtarır və ölür. Bəlkə xoşbəxtlik elə ölümdür?...?
Murad Ilahe
0:30